Konfrans Liqası

“Samsunspor”un növbəti sınağı

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Baş tutacaq görüşlərdən sonra 1/8 finala vəsiqə qazanacaq kollektivlərin adına aydınlıq gələcək.

Aut.az xəbər verir ki, Türkiyənin “Samsunspor” klubu Şimali Makedoniyanın “Şkendiya” kollektivini qəbul edəcək. “Alkmaar” ilk oyundakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqsa, “Fiorentina” və “Lex” formal görüşlər keçirəcək.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi, cavab oyunları

21:45. “Fiorentina” (İtaliya) – “Yagelloniya” (Polşa)

İlk oyun – 3:0

21:45. “Samsunspor” (Türkiyə) – “Şkendiya” (Şimali Makedoniya)

İlk oyun – 1:0

21:45. “Çelye” (Sloveniya) – “Drita” (Kosovo)

İlk oyun – 3:2

21:45. “Riyeka” (Xorvatiya) – “Omoniya” (Kipr)

İlk oyun – 1:0

00:00. “Lex” (Polşa) – “KuPS” (Finlandiya)

İlk oyun – 2:0

00:00. Alkmaar (Niderland) – “Noa” (Ermənistan)

İlk oyun – 0:1

00:00. “Kristal Pelas” (İngiltərə) – “Zrinski” (Bosniya və Herseqovina)

İlk oyun – 1:1

00:00. “Lozanna” (İsveçrə) – “Siqma” (Çexiya)

İlk oyun – 1:1

Qeyd edək ki, daha əvvəl “Rayo Valyekano” (İspaniya), “Şaxtyor” (Ukrayna), AEK (Yunanıstan), “Sparta” (Çexiya), “Maynts” (Almaniya), AEK (Larnaka, Kipr), “Strasburq” (Fransa) və “Rakuv” (Polşa) 1/8 finala vəsiqə qazanıb.