Məğlubiyyətin səbəbini izah etdi: Görün kimlərlə rəqabət aparırıq
Avropa Liqasının pley-off mərhələsində məşhur şimali irlandiyalı mütəxəssis Martin O’Nilin çalışdırdığı “Seltik” evdə “Ştutqart”a 1:4 hesabı ilə məğlub oldu.
Aut.az xəbər verir ki, oyundan sonra məşqçi hesabın səbəbləri barədə danışıb.
“Zamanla “Seltik” Avropa yarışlarında yüksək yerlər uğrunda mübarizə apara biləcək. Sadəcə, hazırda bu potensialımız yoxdur və bu da normaldır. Niyə belə düşünürəm? Çünki futbolda çoxlu pul var.
Söhbət Premyer Liqa komandalarından, Bundesliqa komandalarından, xüsusən də İngiltərə klublarından gedir. Onlar hətta heyətə düşə bilməyən oyunçulara 80 milyon funt sterlinq ödəyirlər. Biz məhz onlarla rəqabət aparırıq”, – Martin deyib.
Aut.az
