Əfsanə Ronaldonu müdafiə etdi: Səudiyyə liqası gülməli çempionatdır
“Real”ın sabiq yarımmüdafiəçisi Toni Kroos Səudiyyə Ərəbistanı liqasında “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, portuqaliyalı ulduzu müdafiə edib:
“Səudiyyə liqası gülməli çempionatdır. Çünki Kriştiano gələnə qədər bu liqa haqqında demək olar ki, heç kim eşitməmişdi, indi isə onlara dünya şöhrəti qazandıran futbolçuya hörmət etmirlər. Açıq deyim: əgər Kriştiano sabah ayrılsa, bu liqanı artıq heç kim izləməyəcək”.
Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının investisiya fondunun siyasətindən narazı olduğu barədə xəbərlər yayılmışdı. Sözügedən fond “Əl-Nəsr”, “Əl-İttihad”, “Əl-Hilal” və “Əl-Əhli” klublarına sahibdir. KİV-in məlumatına görə, portuqaliyalı futbolçu xüsusilə “Əl-Nəsr”in qış transferlərindən məmnun deyil.
Aut.az
