Trampın Sülh Şurası: Müqaviləni “Siti”nin sahibi imzaladı
“Mançester Siti”nin sədri Xalid Əl Mübarək BƏƏ-nin Sülh Şurasına qoşulması ilə bağlı müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimi cümə axşamı Davosda Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. ABŞ prezidenti Donald Tramp təşkilatın sədri olub.
Əl Mübarək Birləşmiş Ərəb Əmirliklərinin İcraedici İşlər İdarəsinin təsisçisi və sədridir və ölkə hökumətində bir sıra digər yüksək vəzifələrdə çalışır.
Hazırda Sülh Şurasına BƏƏ ilə yanaşı, ABŞ, Argentina, Ermənistan, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Macarıstan, İordaniya, Qazaxıstan, Qətər, Kosovo, İndoneziya, Mərakeş, Monqolustan, Pakistan, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə və Özbəkistan daxildir.
Sülh Şurası 2026-cı ilin yanvarında ABŞ-ın 47-ci prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan hökumətlərarası təşkilatdır. Əvvəlcə bu struktur Qəzza zolağının idarə olunması üçün yaradılsa da, sonradan ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Şuranın mandatının digər münaqişə bölgələrinə də genişlənəcəyini bildirib.
Aut.az
