Atletika

Yarışlardan kənarlaşdırıldı: Səbəb…

Keniyalı qaçışçı Albert Korir sintetik eritropoetinlə bağlı müsbət dopinq testi verdikdən sonra müvəqqəti olaraq yarışlardan kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Yüngül Atletikada Dürüstlük Bölməsi (AIU) məlumat yayıb.

31 yaşlı Koririn analizlərində dözümlülüyü artıran və əzələlərin fəaliyyətini yaxşılaşdıran sintetik eritropoetinin (CERA) aşkarlanıb.

Araşdırma davam etdiyi müddətdə Albert Korir bütün yarışlardan uzaqlaşdırılıb. Qeyd edək ki, Korir dopinqə görə diskvalifikasiya olunan ilk keniyalı uzun məsafə qaçışçısı deyil. Ötən il dopinq qaydalarının pozulmasına görə 46 keniyalı atlet cəzalandırılmışdı.

Korir 2021-ci ildə Nyu-York marafonunun qalibi olub və məsafəni 2 saat 8 dəqiqə 22 saniyəyə qət edib. O, həmçinin Vyana, Hyuston və Ottava marafonlarında da birincilik qazanıb. Qaçışçı 2025-ci il Nyu-York marafonunda üçüncü olub. 2019 və 2022-ci illərdə isə həmin marafonu ikinci pillədə başa vurmuşdu.