Mourinyo bitib, onu da belə aqibət gözləyir: Kassano kimi deyir?
İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano ” Milan”ın baş məşqçisi Massimiliano Alleqrini “Benfika”nın baş məşqçisi Joze Mourinyo ilə müqayisə edib.
Aut.az xəbər verir ki, Kassano hər iki məşqçinin tükəndiyini iddia edib:
“Dediklərimi xatırlayın: Mourinyo bitib və gec-tez unudulacaq. Eyni şey Alleqri ilə də olacaq.
Məşqçisinə görə 2025-ci ildə “Milan”ın belə dəhşətli futbol oynayacağını təsəvvür edə bilməzdim. “Milan” tarix, gözəllik, estetika və keyfiyyətdir. Bəs onlar nə edirlər? Hamı qapıçının qarşısında oturur, sonra sən topu qazanırsan, əks-hücum edirsən və qol vurursan”, – “Milan News” Kassanodan sitat gətirib.
Aut.az
