İspaniya

PSJ “Real”ın istədiyi futbolçunu hədəfə aldı

PSJ “Bavariya”nın müdafiəçisi Dayo Upamekanonu transfer siyahısına daxil edib.

Aut.az xəbər verir ki, Paris klubu 27 yaşlı fransalı futbolçunu 2026-cı ilin yayında, müqaviləsi başa çatdıqda, azad agent kimi heyətinə qatmaq istəyir.

Kluba yaxın mənbələr bu marağı təsdiqləyir. PSJ, xüsusən Bundesliqadakı və Fransa millisindəki təcrübəsini nəzərə alaraq, Upamekanonu müdafiə xətti üçün ideal güclənmə sayır.

“Real” da vəziyyəti izləyir, lakin “Bavariya” müqavilənin uzadılması üçün danışıqlar aparır.

Cari mövsümdə fransalı müdafiəçi bütün turnirlərdə 15 oyun keçirib.

Aut.az