İngiltərə

Bu da baş versə, “Liverpul” çökəcək: Əfsanədən xəbərdarlıq

“Liverpul”un və İngiltərə millisinin sabiq futbolçusu Ceymi Karraqer klubun transfer siyasəti və yanvarda yeni alışların zəruriliyindən danışıb.

Aut.az xəbər verir ki, “Sky Sports” Karragerin sözlərini sitat gətirib:

“Liverpul” yanvarda xərcləməli olacaq, onlara mərkəz müdafiəçisi lazımdır. Bunu yayda etməli idilər. Amma bu baş vermədi və sonra imza atdıqları bir mərkəz müdafiəçisi, gənc italiyalı Covanni Leoni Liqa Kuboku oyununda fantastik görünürdü. Təəssüf ki, o, ön çarpaz bağından zədə aldı, ona görə də növbəti mövsümə qədər onu bir daha görməyəcəyik.

Əslində, daha bir mərkəz müdafiəçisi zədələnsə, “Liverpul” üçün mövsümü tamamilə məhv olacaq.

Ona görə də onlar yanvarda bazara çıxmalı olacaqlar. Bu cür pullar xərclənəndə və nəticələr uyğun olmayanda, o, mənə həqiqətən də “Liverpul” kimi görünmür… Və ya ən azından, klubun son bir neçə il ərzində transfer işini apardığı kimi görünmür”.

İngiltərə Premyer Liqasında keçirilən 11 matçdan sonra “Liverpul” 18 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.

Aut.az