Darmadağından sonra qəzəbləndi: Yığmasının baş məşqçisiyəm, xadimə deyiləm
ABŞ yığmasının baş məşqçisi Maurisio Poçettino Uruqvaya qarşı keçirilən və 5:1 hesabı ilə qazanılan yoldaşlıq görüşündən sonra təşkil olunan mətbuat konfransında emosiyalarını saxlaya bilməyib.
Aut.az xəbər verir ki, jurnalistlərdən biri Poçettinodan niyə komandanın əsas heyətlə çıxış etməməsi barədə soruşub. Bu sual argentinalı mütəxəssisin narazılığına səbəb olub:
“Mətbuat konfransını dayandırmalıyam və gedib paltardəyişmə otağına qayıdıb konfransa yenidən başlamalıyam? Bu gün 5:1 qalib gəlmişik. Mən ABŞ yığmasının baş məşqçisiyəm, xadimə deyiləm. Xahiş edirəm deyin, hansı adi futbolçulardan danışırsınız? Çünki adi futbolçu nə deməkdir, anlamıram”.
Düzünü desəm, yorulmuşam və bəlkə də ingiliscəni tam anlamıram. Amma suallar məni çox məyus etdi, çünki siz məndən nə eşitmək istədiyinizi bilmirəm”.
Aut.az
