“Real”ın qapıçısı haqqında yazılanları böhtan adlandırdı: Jurnalistləri qınadı
“Real Madrid”in və Ukrayna millisinin qapıçısı Andriy Lunin millidə oynamayacağı ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.
Aut.az xəbər verir ki, Lunin bu barədə sosial şəbəkədə yazıb:
“Ukrayna millisini təmsil etməkdən imtina etməyimlə bağlı son vaxtlar yayılan yalan və sadəcə uydurma məlumatlara baxanda, xüsusən də adıma ləkə gətirməyə, milli komandaya olan sevgimi və sədaqətimi şübhə altına alınanda səssiz qala bilmərəm.
Hörmətli jurnalistlər, hər hansı məlumatı yaymazdan əvvəl onun doğruluğunu yoxlayın. Məndən və ya baş məşqçidən eşitdiyiniz varmı ki, mən millidə oynamaqdan imtina edirəm?! Cavab “yox”dur, çünki belə bir şey söyləmək bir yana, Ukrayna millisində oynamamağı belə düşünmək mümkün deyil.
Milli komanda hər bir futbolçunun arzusu və məqsədidir və mənim üçün ölkəmizin rənglərini təmsil etmək qürur mənbəyidir.
Oynamadığım və ehtiyat oyunçular skamyasında olduğum kifayət qədər matçlar olub və heç bir problem olmayıb. Biz hamımız yaxşı başa düşürük ki, bu, milli komandadır, ən vacib şeyin komanda və nəticə olduğu bir vaxtda niyə indi belələri olmalıdır?
Hər kəs oynamaq istəyir və bu yaxşıdır, amma komanda üçün nəyin daha yaxşı olduğu ilə bağlı qərarı məşqçi verir və biz oyunçular olaraq kömək etməyə hazır olmalıyıq.
Dərc edilmiş yazılar yalandır. Belə nəşrlər və ya bəyanatlar verən jurnalistlərin qeyri-peşəkarlığı mənə bir peşəkar və bir insan kimi hörmətsizlikdir. Jurnalistikadan və informasiya məkanından fanatları yanlış məlumatlandırmaq və aramızda münaqişələr salmaq üçün istifadə etməyi yanlış hesab edirəm”.
Aut.az
