Azərbaycan futbolu

Azərbaycan millisinin heyətində itki

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə matça itki ilə çıxacaq.

Aut.az xəbər verir ki, Rüstəm Əhmədzadə komandaya kömək edə bilməyəcək.

Ötən gün İslandiya ilə oyunda (0:2) sarı vərəqə alan hücumçu cəzalı duruma düşüb.

Əvəzində, İslandiya ilə görüşü cəza səbəbindən buraxan Şahruddin Məhəmmədəliyev artıq Ayxan Abbasovun sərəncamında olacaq.

Qeyd edək ki, Azərbaycan – Fransa qarşılaşması noyabrın 16-sı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.