İspaniya

“Kamp Nou” yaxınlığında etiraz: “Barsa” hər şeyə göz yumub

“Kamp Nou” yaxınlığında miqrant işçilərin mümkün deportasiyasına qarşı etiraz aksiyası keçirilib.

Aut.az xəbər verir ki, “Marca”nın məlumatına görə, etiraz aksiyası İspaniyada sənədi olmayan 50-yə yaxın işçinin işdən çıxarılması və mümkün deportasiyasına diqqət çəkmək üçün CCOO del Habitat həmkarlar ittifaqı tərəfindən təşkil edilib. Birlikdən verilən məlumata görə, onları işə götürən şirkət heç bir zəmanət olmadan öz ölkəsinə qaytarmaq niyyətindədir.

“Onlardan bəziləri artıq bir ildən çoxdur ki, gündə on iki saat, həftədə yeddi gün işləyirlər. İşçilər sənədsizdirlər və öz ölkələrinə geri göndərilmək niyyəti ilə işdən çıxarılırlar.

Onlar Türkiyə torpağına ayaq basdıqları anda özlərini müdafiə etmək qabiliyyəti ciddi şəkildə sarsılacaq. “Barselona” bütün bunlara laqeyd yanaşıb”, – Kataloniyadakı CCOO del Habitat təşkilatının rəhbəri Karlos del Barrio deyib.

Həmkarlar ittifaqı işçilərin leqallaşdırılmasını, həmçinin immiqrasiya qaydalarında nəzərdə tutulan fövqəladə leqallaşdırma mexanizminin işə salınmasını tələb edir. Artıq mövcud vəziyyətlə bağlı əmək müfəttişliyinə məlumat verilib.

Aut.az