“Real”ın əfsanəsini qarət edənlər həbs edildi: Görün kimlər imiş
“Real”ın və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas qarət edilib.
Aut.az xəbər verir ki, “Fuentes Informadas”ın məlumatına görə, keçmiş futbolçunun Madriddəki evindən bahalı saat kolleksiyası oğurlanıb.
İspaniya polisi beş dəbdəbəli saat oğurlamaqda şübhəli bilinən evli cütlüyü həbs edib. Qadın uzun illər Kasilyasın evində xadimə, əri isə mühafizəçi işləyib.
Saxlanılan şəxslər məhkəmə qarşısına çıxarılıb.
Bildirilir ki, cütlük orijinalları saxta ilə əvəz edib və onların oğurluğu dərhal aşkar edilməyib. Onlar oğurladıqları saatları sökərək hissələrini ayrı-ayrılıqda satıblar və bu da onları tapmağı çətinləşdirib.
Aut.az
