İspaniya

“Dünyanın ən yaxşı stadionu olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta “Kamp Nou” stadionu haqda danışbı.

Aut.az xəbər verri ki, o, hazırda təmirdə olan Kataloniya klubunun arenasının dünyanın ən yaxşı stadionu olacağına əmindir:

“Kamp Nou” “Barselona” azarkeşlərinin ortaq arzusu və gələcək nəsillər üçün bir mirasdır. Mən dondurulmuş layihəni yenidən dirçəltməyə cəsarət etdim. Biz qərara gəldik ki, bu, klubun iqtisadi səmərəliliyi üçün vacibdir və bunu etdik, çünki klub üzvləri bu arzunun gerçəkləşdiyini görməli, onunla yaşamalıdırlar.

Departament icazələrin alınması üçün yorulmadan çalışdı. Klub rəhbərliyi adından stadionun istismara verilməsi üçün ilk lisenziyanın alınmasına kömək edən hər kəsə təşəkkürümü bildirirəm. “Kamp Nou” dünyanın ən yaxşı stadionu olacaq.

Bu arzu reallığa çevrildi. Düzdür, bu, asan olmadı. Bizə qalan irs demək olar ki, tam bir uğursuzluq idi”.

Aut.az