Premyer Liqa klubu böyük məbləğdə cərimə olunacaq
İngiltərə Futbol Assosiasiyası “Lids” azarkeşlərinin davranışı ilə bağlı araşdırmaya başlayıb.
Aut.az xəbər verir ki, hadisə Premyer Liqanın 7-ci turunda “Tottenhem”lə oyunda baş verib. Bu barədə “Daily Mail” məlumat yayıb.
57-ci dəqiqədə Məhəmməd Kudus “Lids”in qapısına ikinci qolu vurduqdan sonra azarkeşlər tərəfindən meydana müxtəlif əşyalar – şüşə butulkalar və hətta veyp atılıb.
Gözlənilir ki, “Lids” azarkeşlərinin hərəkətlərinə görə böyük məbləğdə cərimə ödəyəcək. Bununla yanaşı, klub daha ciddi sanksiyalarla da üzləşə bilər.
Qeyd edək ki, qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Aut.az
