Müller Kroosu geridə qoydu: Alman futbolunun tarixinə düşdü
Tomas Müller tarixin ən çox mükafat alan alman futbolçusu olub.
Aut.az xəbər verir ki, “Bavariya”nın sabiq yarımmüdafiəçisi karyerasında 35-ci kuboku qazanıb.
Yayda keçdiyi “Vankuver Uaytkeps” Kanada çempionatının finalında “Vankuver”i 4-2 hesabı ilə məğlub edib. Müller 10-cu dəqiqədə penaltini qola çevirib.
Qələbə MLS klubuna növbəti mövsümdə KONKAKAF Çempionlar Kubokunda iştirak etmək hüququ verəcək.
Ötən mövsüm “Bavariya” ilə Bundesliqa çempionluğunu qazanmaqla Müller alman futbolçuların qazandığı sayına görə Toni Kroosa çatmışdı – 34. İndi 36 yaşlı futbolçu rekorda sahibdir.
Aut.az
