Dünya futbolu

Messi şousu davam edir: Nyu-Yorku da silkələdi – VİDEO

MLS-in müntəzəm mövsümündə “Nyu-York Siti” öz meydanında “İnter Mayami”ni qəbul edib.

Aut.az xəbər verir ki, qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“İnter Mayami”nin kapitanı Lionel Messi meydanda mərkəzi fiqur olub. 38 yaşlı argentinalı 2 qol vurub və məhsuldar ötürmə edib. Uruqvaylı Luis Suares və Leonun həmyerlisi Baltasar Rodriqes də hərəyə 1 dəfə fərqlənib.

Bu qələbə Xavyer Maskeranonun komandası üçün ardıcıl üçüncü olub. 29 oyundan 55 xal toplayan klub Şərq Konfransının turnir cədvəlində üçüncü yeri tutur.