Dünya futbolu

Ukraynadan qaçan futbolçu Rusiyanın bu klubunda oynayacaq

Ukraynadan qaçan yarımmüdafiəçi Aleksandr Rosputko Rostov vilayətinin “Çayka” futbol klubunda adaptasiyasını başa vuraraq əsas məşq qrupuna qoşulub.

Aut.az xəbər verir ki, Rosputko 2023-cü ildə Belçikada keçirilən UEFA Gənclər Liqası oyunundan sonra Ukraynaya qayıtmayıb. Futbolçunun Rusiyaya getdiyi sonradan məlum olub.

“Rosputko artıq əsas qrupa qoşulub, o, artıq komandanın əsas üzvüdür. Hər şey qaydasındadır”, – TASS adı açıqlanmayan “Çayka” nümayəndəsinin sözlərindən sitat gətirib.

Aut.az