Azərbaycan birinciliyi keçiriləcək
Yeniyetmə qız və oğlan voleybolçular arasında Azərbaycan birinciliyi keçiriləcək.
Aut.az xəbər verir ki, Oktyabrda start götürəcək çempionat üç yaş qrupunu (U-14, U-16, U-18) əhatə edəcək.
Yarışda iştirak etmək istəyən komandalar sentyabrın 1-nə kimi federasiyaya müraciət edə bilərlər.
Ötən mövsüm olduğu kimi, bu dəfə də birincilikdə Bakı və region komandalarının iştirakı nəzərdə tutulub.
