Almaniya

Müller planını açıqladı: Ya ekzotik ölkə, ya da…

Klublararası dünya çempionatının sonunda “Bavariya”dan ayrılacaq Tomas Müller gələcəklə bağlı planlarını bölüşüb.

Aut.az xəbər verir ki, Tomas bu barədə DAZN-ə bildirib.

“Mənə layihə təqdim edilməlidir. Bu, sadəcə, bir neçə aylıq müqavilə imzalamaq deyil. Söhbət layihədən gedir. Bu, yeni bir şey kəşf etmək və idman layihəsinin birləşməsindən ibarət olmalıdır. Ona görə də bir az ekzotik olan ölkələrin üstünlüyü var. Amma bunlar sadəcə nəzəri fikirlərdir. Bəlkə də bunun əksini edib karyeramı bitirərəm, bu da mümkündür. “Bavariya” ilə iyulun sonuna qədər müqaviləm var. Mən sakitəm”, – Müller bildirib.

Aut.az