Digər

Azərbaycan avarçəkənləri Vyanada gümüş medal qazandılar

Avarçəkənlərimiz Vyanada gümüş medal qazanıblar.

Aut.az xəbər verir ki, 28-29 iyun tarixlərində Avstriyanın paytaxtı Vyanada akademik avarçəkmə üzrə ənənəvi beynəlxalq Vyana Reqatası keçirilib.

Sayca 121-ci dəfədir təşkil olunan reqatada iştirak edən Azərbaycan avarçəkənləri uğurlu nəticə əldə edib. Komandamız beynəlxalq yarışda gümüş medal qazanıb.

Yeniyetmələr arasında Azər İlyasov-Cahangir Məmmədli cütü iki nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşdə fəxri kürsünün ikinci pilləsinə yüksəliblər.