İspaniya

“Real” ona qiymət kəsdi

“Real” Rodriqonu 90 milyon avroya satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb. Bildirilir ki, “Arsenal” cinah oyunçusu ilə ciddi maraqlanır, amma braziliyalı digər variantları da araşdırmaq istəyir. 24 yaşlı futbolçu “Mançester Siti”nin də ona göz dikdiyinin fərqindədir.

Madridin Rodriqo üçün təxminən 90 milyon avro istəyəcəyi iddia edilir. Bu pul Xabi Alonsonun ehtiyac duyduğu yarımmüdafiəçinin alınmasına sərf olunacaq .

Rodriqo 2024/25 mövsümündə La Liqada 30 oyun keçirib və 6 qol vurub.

Aut.az