“Liverpul” iki ulduzunu “Napoli”yə satır – 105 milyona
“Napoli” “Liverpul”un iki forvardı – Darvin Nunes və Federiko Kiyezanı transfer etməyə hazırdır.
Aut.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.
Mənbənin sözlərinə görə, “qırmızılar” Nunes və Kyezanın potensial satışından ümumilikdə 105 milyon avro gəlir əldə etmək istəyir.
“Napoli” gələn həftə mersisaydlılara müvafiq təklif verə bilər. Adları çəkilən futbolçuların transferində komandanın baş məşqçisi Antonio Konte şəxsən maraqlanır.
Kyeza 2024-cü ilin yayında “Liverpul”a keçib. O, İngiltərə klubunda 14 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Keçən mövsüm Nunes bütün turnirlərdə 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.
Aut.az
