Azərbaycan futbolu

“Şamaxı”da yeni müqavilə

“Şamaxı” futbolçusu Rafael Məhərrəmli ilə yeni müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Əyalət təmsilçisi 25 yaşlı oyunçunun sözləşməsini daha 1 il uzadıb.

Xatırladaq ki, bölgə təmsilçisi bu yay Rikardo Fernandes, Alfons Msanqa və Abdulla Seydəhmədovla da müqavilənin müddətini uzadıb.