Portuqaliya Millətlər Liqasının qalibi oldu
UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Aut.az xəbər verir ki, final mərhələsi Almaniyada təşkil olunan yarışın son günündə həlledici oyunlar keçirilib.
Saat 17:00-da 3-cü yer uğrunda baş tutub. Fransa seçməsi Almaniyanı 2:0 hesabı ilə yenərək turnirdəki mübarizəni 3-cü sırada tamamlayıb.
22:45-də isə final qarşılaşması start götürüb. Millətlər Liqasının qalibinin adına “Alyans Arena”da gerçəkləşən Portuqaliya – İspaniya duelində aydınlıq gəlib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Əlavə edilən 30 dəqiqədə qapılara qol vurulmadığından oyunsonrası penaltilərə ehtiyac duyulub. Zərbələri daha dəqiq yerinə yetirən Portuqaliya tarixində ikinci dəfə titula sahib çıxıb.
UEFA Millətlər Liqası
3-cü yer uğrunda oyun
Almaniya – Fransa 0:2
Qollar: Mbappe, 45+1, Olise, 84
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Ştutqart. “Arena MHP”.
Final
Portuqaliya – İspaniya 2:2 (penaltilər 5:3)
Qollar: Mendeş, 26. Ronaldu, 61 – Zubimendi, 21. Oyarzabal, 45
Baş hakim: Sandro Şorer (İsveçrə)
Münhen. “Alyians Arena”.
