İnzaqinin yeni klubu rəsmən açıqlandı
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Simone İnzaqini komandanın yeni baş məşqçisi təyin etdiyini açıqlayıb.
Aut.az xəbər veirr ki, italiyalı mütəxəssislə iki illik müqavilə imzalanıb. Onun illik maaşı 26 milyon avro təşkil edəcək.
Yaxın günlərdə İnzaqi İtaliyanın “İnter” klubunun baş məşqçi postundan ayrılıb. O, Milan təmsilçisini 2021-ci ildən 2025-ci ilə qədər çalışdırıb.
Aut.az
