Dünya futbolu

25 illik uğursuz seriya qırıldı

Millətlər Liqasının yarımfinalında Portuqaliya millisi dramatik qələbə ilə Almaniyanı məğlub edib.

Aut.az xəbər verir ki, Münhendə keçirilən görüş portuqaliyalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə Portuqaliya Almaniya üzərində son 25 ildə ilk qələbəsini qazanıb. Bundan əvvəl prieylilər rəqiblərini yalnız Avro-2000 turnirində məğlub edib. Həmin qələbədən sonra komandalar arasında keçirilən beş görüşün hamısında Almaniya qalib gəlib.

Aut.az