“Real” ulduzlarını Fransa millisinə niyə buraxmır?
“Real” Fransa millisiylə münasibətləri gərginləşdirə bilər.
Aut.az xəbər verir ki, Didye Deşamın başçılıq etdiyi Fransa yığması 5 iyun tarixində Millətlər Liqasının yarımfinalında İspaniya ilə qarşılaşacaq. Bu görüşdə “Real”ın futbolçuları Kilian Mbappe və Orelyen Çuameni Deşamın əsas planlarının ayrılmaz hissəsi sayılır. Lakin Madrid klubu bu oyunçulara maksimum istirahət imkanı yaratmaq niyyətindədir. Səbəb isə iyunun 14-də start götürəcək klublararası dünya çempionatıdır.
“L’Équipe” nəşrinin məlumatına görə, “Real” rəhbərliyi Mbappe və Çuameninin Fransa millisinin düşərgəsinə daha gec qoşulması üçün təşəbbüs göstərib. Beləliklə, futbolçuların Fransanın təyin etdiyi tarixdə 30 mayda deyil, yalnız FİFA-nın müəyyən etdiyi son müddətdə, 2 iyunda Klerfonten bazasında olmaları gözlənilir. Bu isə federasiya ilə klub arasında mümkün narazılığa səbəb ola bilər.
Aut.az
