Kateqoriyasız

Hamınıza ehtiyacımız var – Ançelotti onlara müraciət etdi

Braziliya yığmasına baş məşqçi təyin olunan italiyalı mütəxəssis Karlo Ançelotti azarkeşlərə müraciət edib.

Aut.az xəbər verir ki, Ançelotti “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Dünyanın ən yaxşı komandasına rəhbərlik etmək mənim üçün böyük şərəf və qürurdur. Qarşımda böyük bir vəzifə var – Braziliyanı yenidən çempion etmək üçün çalışmaq. Gəlin bunu birlikdə edək. Hamınıza ehtiyacımız var”, – Ançelotti yazıb.

“Real Madrid”in sabiq baş məşqçisinin təyinatı mayın 12-də məlum olub.

Aut.az