Türkiyə millisi Bakıda Ukraynanı məğlub etdi
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
Aut.az xəbər verir ki, Ukrayna və Türkiyə yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qardaş ölkə təmsilçisi 3:1 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, Türkiyə millisi C qrupundakı ilk matçında Macarıstanla heç-heçə edib – 1:1. İngiltərə isə Ukraynaya 4 cavabsız qolla qalib gəlib.
