AFFA uşaqları döyən məşqçini bağışladı
Apellyasiya Arbitraj Tribunalı “Şamaxı” klubunun məşqçisi Vüqar Süleymanovun U-15 Liqasının oyunu zamanı Qusarın “Metak” komandasının uşaq futbolçularını döyməsi faktı ilə əlaqədar AFFA İntizam Komitəsinin qərarından şikayətə baxıb.
Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, klubun apellyasiya şikayəti qismən təmin edilib.
22 aprel 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Metak”la oyunda “Şamaxı” komandasında adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanov meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə AFFA İntizam Məcəlləsinin 1-ci maddəsinin icazə verdiyi müstəsna hal nəzərə alınaq 1 il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, Şamaxı komandasının növbəti ev oyunu azarkeşsiz keçirilməsi barəsində AFFA İntizam Komitəsinin 23.04.2025-ci il tarixli qərarları ləğv edilib.
Apellyasiya şikayəti ninqalan hissədə təmin edilməyib.
