İspaniya

“Real” ona bu qədər imza bonusu ödəyəcək

“Liverpul”un və İngiltərə millisinin müdafiəçisi Trent Alexander – Arnoldun “Real Madrid”ə gözlənilən transferi ilə bağlı əlavə təfərrüatlar ortaya çıxıb.

Aut.az xəbər verir ki, “Marca”nın iddiasına görə, “kral klubu” komandaya havayı başa gələn futbolçuya 20 milyon imza bonusu ödəyəcək.

Xatırladaq ki, mayın 5-də İngiltərə klubu Trent Alexander-Arnoldun yay transfer pəncərəsində komandadan pulsuz ayrılacağını rəsmən açıqlamışdı. Müdafiəçinin hazırkı müqaviləsi mövsümün sonunda başa çatır. Daha əvvəl bildirilmişdi ki, “Real Madrid” “Liverpul”a 2025-ci il Klublararası Dünya Çempionatı başlamazdan əvvəl futbolçunun yeni kluba keçə bilməsi üçün müqaviləni vaxtından əvvəl ləğv etmək üçün 500 min avro təklif edib.

Aut.az