Futbolçu ilə toqquşan hakim yıxıldı, Vardi oyunu belə dayandırdı – FOTO
“Lester” – “Sauthempton” matçında zədə səbəbindən hakim dəyişdirilib.
Aut.az xəbər verir ki, Premyer Liqa matçının 21-ci dəqiqəsində “Lester”in hücumçusu Cordan Ayyu hakim Devid Ueb ilə toqquşub və çiyni ilə onun başına zərbə endirib.
Hakim yerə yıxılıb. “Lester”in hücumçusu Ceymi Vardi Uebbin hakimin əlindəki fiti çalaraq oyunu dayandırıb.
Uebb tibbi müayinədən keçmək üçün bir neçə dəqiqəlik tribunanın altındakı sahəyə gedib. Hakim oyunu davam etdirə bilməyib və onu dördüncü hakim Sem Barret əvəz edib.
Aut.az

