Droqbadan Messiyə çağırış: Dayan
“Çelsi”nin keçmiş hücumçusu Didye Droqba 8 dəfə “Qızıl top”un sahibi Lionel Messiyə karyerasını bitirməyi məsləhət görüb.
Aut.az xəbər verir ki, “Give me Sport” Droqbanın sözlərini sitat gətirib.
“Mən Lionel Messiyə indi dayanmağı məsləhət görərdim, o, artıq futbol üçün çox şey edib. Son dünya çempionatındakı qələbəsi onu daha da əfsanəvi etdi. O, heyrətamiz oyunçudur!”, – Droqba deyib.
37 yaşlı Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 49 matçda iştirak edib, 42 qol vurub və 21 məhsuldar ötürmə edib.
Aut.az
