Ötən həftə “Arsenal” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Deklan Raysın cərimə zərbələrindən imza atdığı fantastik dublu və Mikel Merinonun qolu sayəsində “Real”ı 3:0 hesabı ilə məğlub etdi. Bu, Madriddə baş tutacaq cavab matçına böyük üstünlüklə yollanmaq deməkdir. Amma…
Bəli, rəqib “Real”dırsa, fasilə verib “amma, lakin” kimi bağlayıcılarla hələ tam olaraq heç nə bitməyib” deyə bilərsiniz. Çünki “Los Blankos” dəfələrlə qitənin bir nömrəli klub turnirində möcüzələri reallaşdırmağı və mərhələ keçməyi bacarıb.
“Qalaktikos”un əsas üzvlərindən olan yarımmüdafiəçi Cud Bellinqem cavab oyunu öncəsi bildirib ki, son günlər komandanın düşərgəsində “remontada” ifadəsi tez-tez işlədilib. Bu, Azərbaycan dilinə tərcümədə geridönüş deməkdir. Bu o deməkdir ki, Madriddə hələ heç kim inamını itirməyib.
Çempionlar Liqasının pley-off mərhələsində tarixə düşən iki oyundan ibarət cütlərin sayı kifayət qədərdir. Turnirin rəsmi sosial media hesabları da həmin anları xatırlayıb. Azarkeşlərə ÇL-in 1/4 finalları tarixində ən parlaq geridönüşlər təqdim edilib.
PSJ 6:4 Barselona (2024)
İlk oyun: “Barsa” 3:2 hesabı ilə qalib gəlir.
Cavab oyunu: PSJ revanşda darmadağına sevinir – 4:1.

Borussiya Dortmund 5:4 Atletiko (2024)
İlk oyun: “Atletiko” 2:1 hesabı ilə qalib gəlir.
Cavab oyunu: “Borussiya” 4:2 hesablı qələbə ilə mərhələ adlayır.

Roma 4:4 Barselona (2018)
İlk oyun: “Barselona” 4:1 hesabı ilə qalib gəlir.
Cavab matçı: “Roma” revanşda 3 cavabsız qola sevinir və səfər qolu sayəsində mərhələ adlayır.

Real 3:2 Volfsburq (2016)
İlk oyun: “Volfsburq” 2:0 hesabı ilə qalib gəlir.
Cavab matçı: “Real” doğma meydanda Kriştiano Ronaldonun het-triki sayəsində rəqibindən üstün olur və mərhələ adlayır – 3:0.

Monako 5:5 Real (2004)
İlk oyun: “Real” doğma meydanda 4:2 hesabı ilə qalib gəlir.
Cavab matçı: “Monako” evdə 3:1 hesablı qələbə qazanır. Knyazlıq klubu səfərdə vurulan 2 qol sayəsində yarımfinala yüksəlir.

Deportivo 5:4 Milan (2004)
İlk oyun: “Milan” 4:1 hesabı ilə qalib gəlir.
Cavab matçı: “Deportivo” cavab matçında İtaliya nəhənginin “daşını daş üstə qoymur” – 4:0.
