İngiltərə

Etiraz edir: Millidə yerli məşqçi olmalıdır

Maykl Ouen hesab edir ki, İngiltərə yığmasını ingilis məşqçi idarə etməlidir.

“Milli futbol bir ölkənin digərinə qarşı mübarizəsidir. Bu, futbolçulara, həkimə, fizioterapevtə, məşqçiyə, heyətə şamil edilməlidir. Bizim ölkəmiz sizin ölkəyə qarşı.

Qaret Sautqeyt Almaniyanı idarə etsəydi və Dünya Kubokunu qazansaydı, biz ingilislər nə düşünərdik? Qəribə olardı!

Kvalifikasiya baxımından Tomas Tuxel sadəcə olaraq fantastik mütəxəssisdir. Əgər o, ingilis olsaydı, bütün ölkə sevinərdi”, – İngiltərə millisinin keçmiş hücumçusu deyib.

Aut.az