Azərbaycan futbolu

AÇ: U-17 son sınağına çıxır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Aut.az xəbər verir ki, yığmamız AÇ-2025-in ikinci seçmə mərhələsində Uelslə üz-üzə gələcək.

Görüş Albaniyanın Elbasan şəhərində baş tutacaq. İlk turda Albaniyaya 1:4 hesabı ilə uduzan yığmamız turnirdə son sınağına çıxacaq.

Qeyd edək ki, üç komandanın yer aldığı qrupun martın 25-də keçiriləcək son oyununda Albaniya ilə Uels üz-üzə gələcək.

AÇ-2025
2-ci seçmə mərhələ
22 mart

15:00. Uels – Azərbaycan
“Elbasan Arena”