“Tottenhem” sabiq baş məşqçisini geri qaytarır?
Argentinalı mütəxəssis Maurisio Poçettino “Tottenhem”ə qayıda bilər.
Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandanın hazırkı baş məşqçisi Anje Postekoqlu qeyri-qənaətbəxş nəticələrə görə postunu tərk etməyə yaxındır.
Hazırda ABŞ millisini çalışdıran Poçettinonun geri qayıtması ehtimalı nəzərdən keçirilir. Poçettino da İngiltərə klubuna qayıtmağa isti yanaşır.
29 turdan sonra “Tottenhem” Premyer Liqada 34 xalla 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Poçettino 2014-cü ilin yayından 2019-cu ilin noyabrına qədər “Tottenhem”i çalışdırıb. Onun rəhbərliyi altında “spurs” 293 oyun keçirib, 160 qələbə qazanıb, 60 heç-heçə edib və daha 73 oyunda məğlub olub. Komanda çempionatda 2 dəfə 3-cü yeri, bir dəfə isə ikinci yeri tutub.
Aut.az
