İtaliya

Sabiq futbolçusu “Yuventus”un baş məşqçisi olacaq

“Yuventus” rəhbərliyi cari mövsümün sonunda Tyaqo Mottanı komandanın baş məşqçisi postundan qova bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

42 yaşlı italiyalı mütəxəssisin gələcəyi təhlükə altındadır. Klub rəhbərliyi mövsümün sonunda Mottanı qovmaq qərarına gəlsə, bu vəzifənin əsas namizədi İqor Tudordur.

Qeyd edək ki, 46 yaşlı çalışdırıcı ötən yay “Latsio”dan ayrılıb. O, İtaliyanın “Udineze” və “Verona”, Türkiyənin “Qalatasaray”, Xorvatiyanın “Hayduk” və Fransanın “Marsel” klublarında da çalışıb.

Tudorun keçmişi 1998-2007-ci illərdə “Yuventus”da oynayıb.

Xatırladaq ki, Motta ötən yaydan “Yuventus”u çalışdırır. Hazırda Turin komandası A Seriyasının turnir cədvəlində 5-ci yeri tutur və Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb.

Aut.az