Azərbaycan futbolu

Milli komandanın heyəti açıqlandı – Santuşdan sürpriz dəvət

Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.

Aut.az xəbər verir ki, yığmanın baş məşqçisi Fernandu Santuş 25 futbolçuya dəvət göndərib. Portuqaliyalı mütəxəssis bəzi oyunçuları ilk dəfə əsas komandaya cəlb edib. Onlar arasında gənc futbolçular üstünlük təşkil edir.

Diqqətçəkən məqam isə Santuşun Birinci Divizionun lideri “Qəbələ”nin futbolçusu Şahin Şahniyarova dəvət göndərməsidir.

Milli komandanın təlim-məşq toplanışı martın 17-də başlayacaq.

S. AD/SOYAD KLUB
1 Rza Cəfərov Neftçi
2 Şahrudin Məhəmmədəliyev Qarabağ
3 Aydın Bayramov Zirə
4 Amin Seydiyev Sabah
5 Mert Çelik Səbail
6 Bəhlul Mustafazadə Qarabağ
7 Bədavi Hüseynov Qarabağ
8 Rahil Məmmədov Radomiak Radom (Polşa)
9 Zamiq Əliyev Eqnatia (Albaniya)
10 Rəhman Daşdəmirov Sabah
11 Elvin Cəfərquliyev Qarabağ
12 Aleksey İsayev Qarabağ
13 Coşqun Diniyev Çorum (Türkiyə)
14 Elvin Camalov Neftçi
15 Şahin Şahniyarov Qəbələ
16 İsmayıl İbrahimli Zirə
17 Səbuhi Abdullazadə Sumqayıt
18 Ozan Can Kökçü HJK (Finlandiya)
19 Toral Bayramov Qarabağ
20 Nəriman Axundzadə Qarabağ
21 Xəyal Əliyev Sabah
22 Renat Dadaşov Radomiak Radom (Polşa)
23 Ağadadaş Salyanski Neftçi
24 Mahir Emreli Nürnberq (Almaniya)
25 Musa Qubanlı Qarabağ