Çempionlar Liqası

Çempionlar Liqasında pley-off başlayır: Nəhənglər üz-üzə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək.

Aut.az xəbər verir ki, ilk oyun günündə 4 görüş baş tutacaq.

Günün ilk matçı Fransada baş tutacaq. Bu ölkənin iki komandası – Brest və PSJ münasibətlərinə aydınlıq gətirəcəklər.

Gecənin əsas qarşılaşması isə gecəyarısı keçiriləcək. Turnirin favoritləri hesab edilən, buna rəğmən əsas mərhələdə heç də uğurlu çıxış etməyən “Mançester Siti” və “Real” İngiltərədə münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundan başqa, “Yuventus” PSV-ni, Lissabon “Sportinq”i isə Dortmund “Borussiya”sını qəbul edəcək.

UEFA Çempionlar Liqası: pley-off mərhələsi, ilk oyunlar
11 fevral
21:45 Brest – PSJ
00:00 Yuventus – PSV
00:00 Mançester Siti – Real
00:00 Sportinq – Borussiya (Dortmund)