AFFA İntizam Komitəsinin iclası keçirilib.
Aut.az xəbər verir ki, AFFA U-13 Liqasında keçirilən “Fener Bakı” – “Neftçi” PFK oyununda “Fener Bakı” komandasının koordinatoru Araz Əhmədov cəzalanıb.
2 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Asta” FK – “Qəbələ” İK oyunu bitdikdən sonra “Qəbələ” İK komandasının heyətində 5 nömrəli futbolçusu Emil Təhməzov hakimə fiziki təzyiq göstərdiyinə (əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə kənarlaşdırılmasına görə 10 oyun cəzalandırılsın. (maddə 40.9, 1)
2 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən “Metak” FK – “Turan Tovuz” FK oyununda “Metak” FK komandasının baş məşqçisi Mehman Səfərovun hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə kənarlaşdırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)
1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda VƏTƏN İOEUGFMPHŞ komandasının heyətində 25 nömrəli futbolçusu Amirs Bagirovs qarşılaşmanın 72-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)
1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 5 nömrəli futbolçusu Ruslan Quliyevin qarşılaşmanın 72-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.1)
1 fevral 2025-ci il tarixində AFFA U-15 Liqasında keçirilən VƏTƏN İOEUGFMPHŞ – “Neftçi” PFK oyununda “Neftçi” PFK komandasının heyətində 24 nömrəli futbolçusu Əlipaşa Abdullayevin qarşılaşmanın 78-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
2 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Təhsil 8 N İOEUGİM – “Səbail” PFK oyununda Təhsil 8 N İOEUGİM komandasının heyətində 3 nömrəli futbolçusu Hüseyn Abbaszadənin qarşılaşmanın 70-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Zəngəzur” FK – Araz Baku UFK oyununda “Zəngəzur” FK komandasının heyətində 11 nömrəli futbolçusu Məqsəd Məmmədovun qarşılaşmanın 60-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Amasiya” FK – “Neftçi” İK İB oyununda “Amasiya” FK komandasının heyətində 44 nömrəli futbolçusu İlham Qubadovun qarşılaşmanın 80+2-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Amasiya” FK – “Neftçi” İK İB oyununda komandasının heyətində 20 nömrəli futbolçusu İlham Məmmədlinin qarşılaşmanın 80+2-ci dəqiqəsində “Neftçi” İK İB təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 40.3)
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “İmişli” FK – “Şamaxı” FK oyununda “İmişli” FK komandasının heyətində 5 nömrəli futbolçusu Zamiq Xuduyevin qarşılaşmanın 63-cü dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “İmişli” FK – “Şamaxı” FK oyununda İmişli komandasında 25 nömrəli futbolçunun əvəzinə adı protokolda olmayan başqa futbolçu oynadığına görə İmişli komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 61.2).
1 fevral 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən “Kəpəz” PFK – “Turan Tovuz” FK oyununda “Kəpəz” PFK komandasının heyətində 17 nömrəli futbolçusu Yusif Həmzəyevin qarşılaşmanın 70-ci dəqiqəsində düşüncəsiz hərəkətə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Fener Bakı” – “Neftçi” PFK oyununda “Fener Bakı” komandasının koordinatoru Araz Əhmədovun qarşılaşmanın 15-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə texniki zonadan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)
1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Zirə” PFK – “Səbail” PFK oyununda “Zirə” PFK komandasının heyətində 16 nömrəli futbolçusu İsmayıl Aslanovun qarşılaşmanın 52-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)
1 fevral 2025-ci il tarixində AFFA U-13 Liqasında keçirilən “Ulduz” FA – “Qarabağ” FK oyununda “Qarabağ” FK komandasının heyətində 44 nömrəli futbolçusu Kamil Bədirxanlının qarşılaşmanın 49-cu dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.1)