İki komandaya texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi aşağı yaş qrupu üzrə liqalarda çıxış edən iki komandanı texniki məğlubiyyətlə cəzalandırıb.
Aut.az xəbər verir ki, U-16 Liqasında keçirilməli olan “Səbail” – “Mübariz” oyunu ikincilərin heyətində yetərsay olmadığına görə baş tutmayıb. U-13 Liqasında isə “Troya” – “Lamasya Baku” görüşü eyni səbəbdən keçirilməyib. Bu dəfə “Troya”nın heyətində yetərsay olmayıb.
Bu səbəbdən “Mübariz” və “Troya”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
