DÇ-1966-nın çempionu vəfat etdi
İngiltərə millisinin əfsanəvi heyətinin üzvü olan Corc İsthem vəfat edib.
Aut.az xəbər verir ki, o, 88 yaşında dünyasını dəyişib. Bu barədə “Stok Siti” klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, komandanın futbolçuları qarşıdakı ev oyununda “Şeffild”lə oyuna qara sarğı ilə çıxacaq.
İstham 1966-1973-cü illərdə “Stok Siti”də çıxış edib və futbolçu karyerasından sonra komandanın baş məşqçisi olub. O, futbolçu kimi “Arsenal”, “Nyukasl” və “Ards”da da çıxış edib.
1966-cı ildə Corc İngiltərə yığmasının heyətində dünya çempionu olub. Lakin o, turnirdə heç bir oyun keçirməyib.
Aut.az
![]()
