Olimpiya çempionu öldü
Almaniyalı olimpiya çempionu və paralimpiya iştirakçısı İlke Viludda dekabrın 1-də vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə Avropa Atletika Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Onun 55 yaşı var idi. Keçmiş idmançının ölüm səbəbləri məlum deyil. Onun sadəcə xəstə olduğu məlumdur.
Viludda disk atıcı kimi üç Olimpiadada iştirak edib. 1996-cı ildə Atlantada keçirilən Oyunlarda qızıl medal qazanıb.
İdman karyerasını bitirdikdən sonra Viludda fizioterapevt, sonra isə anestezioloq kimi fəaliyyət göstərib. 2010-cu ildə ağır yoluxucu xəstəliyin nəticələrinə görə onun sağ alt ayağı amputasiya edilib. O, 2012-ci ildə London Paralimpiya Oyunlarında iştirak edərək güllə atmada beşinci yeri tutub.
Aut.az
