Mourinyonun Ronaldoya zənginin detalları açıqlandı: Gəlir?
Türkiyənin “Fənərbağça” klubunun baş məşqçisi Joze Mourinyo “Əl-Nəsr”in ulduzu Kriştiano Ronaldonu transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, “Fotomaç”ın məlumatına görə, 61 yaşlı portuqaliyalı həmyerlisinə telefonla şəxsən zəng edərək ondan mümkün keçidlə bağlı soruşub.
“Orada xoşbəxtsən? Getmək istəməyinizlə bağlı söz-söhbətlər var. Əgər bu doğrudursa, “Fənərbağça”ya keçmək istərdinizmi? – Joze Kriştianodan soruşub.
Lakin forvardın cavabı mətbuata məlum deyil. Mourinyo və Ronaldo 2010-2013-cü illərdə “Real”da birlikdə çalışıblar, ümumilikdə 3 kubok qazanıblar.
Aut.az
