İngiltərə

Etiraf: Mourinyo və Kontenin futbol fəlsəfəsini bəyənmirmiş

“Tottenhem”in sabiq qapıçısı Uqo Loris hələ də komandanın oyunlarını izləyir.

Aut.az xəbər verir ki, Loris avtobioqrafik kitabında Mourinyo və Kontenin də bostanına “daş” atıb.

“Hazırda komandada gördüklərimi çox bəyənirəm. İnanıram ki, “Tottenhem” düzgün istiqamətdə irəliləyir. Onların düzgün futbol üslubu, düzgün mentaliteti var. Düşünürəm ki, Postekoğlu kluba indiki anda lazım olanı – təzəlik və yeni ambisiyaları gətirdi. Yəqin buna görə Joze Mourinyo və ya Antonio Kontenin rəhbərliyi altında oynayanda mən ağırlıq hiss edirdim. Bu, fərqli futbol üslubu idi.

Qazandığınız müddətcə problem yoxdur. Ancaq bir oyunda, sonra iki oyunda məğlub olan kimi azarkeşlər əsəbiləşməyə başlayır və bu əhval-ruhiyyə (Mourinyo və Kontenin dövründə) hiss olunurdu”, – deyə “The Guardian” Llorisdən sitat gətirib.

Mourinyo 2019-2021, Konte 2021-2023-cü illərdə “Tottenhem”ə rəhbərlik edib.

Aut.az