İngiltərə

“Liverpul” Kloppun qaldığı malikanəni niyə satır? – FOTO

Yurgen Kloppun 4 milyon funt-sterlinq dəyərində malikanəsi satışa çıxarılıb.

Aut.az xəbər verir ki, əmlak almaniyalı mütəxəssisin sabiq klubu “Liverpul” tərəfindən satılır. Klub Formbidəki evi”qırmızıların” keçmiş baş məşqçisi Brendan Rocersdən alıb. O da öz növbəsində malikanəni Stiven Cerrarddan almışdı.

Mersisaydlıların yeni baş məşqçisi Arne Slota bu ev təklif edilsə də, niderlandlı mütəxəssis orada yaşamaqdan imtina edib. Buna görə də klub evi sataraq pul qazanmaq qərarına gəlib.

Evdə üç salon, ev kinoteatrı, buxar otağı, spa, qapalı hovuz və abadlaşdırılmış bağ var.

Qeyd edək ki, klub Yurgen Klopun malikanədə tamamilə pulsuz yaşamasına icazə vermişdi.

"Liverpul" Kloppun qaldığı malikanəni niyə satır? - FOTO