Oyun başlayandan 3 saniyə sonra qırmızı vərəqə aldı – VİDEO
Braziliya çempionatında “Atletiko Paranaense” və “Kruzeyro” komandaları arasında keçirilən oyun qonaq komandanın forvardı Rafa Silvanın mənasız davranışı ilə yadda qalıb.
Aut.az xəbər verir ki, braziliyalı matçın üçüncü saniyəsində qırmızı vərəqə alaraq adını dünya futbol tarixinə yazdırıb. “Kruzeyro”nun hücumçusu Rafa Silva matç başlayandan dərhal sonra rəqibin müdafiəsinə təzyiq göstərmək üçün qaçıb. Rafa topa gedərkən digər rəqib oyunçu ilə qarşılaşıb və dirsəyi ilə onun üzünə zərbə endirib.
Hakim əvvəlcə qayda pozuntusu qeydə almayıb, lakin köməkçilərindən mesaj aldıqdan sonra baş hakim Silvaya qırmızı vərəqə göstərib.
“Kruzeyro” rəqibinə uduzub (0:3).
Qeyd edək ki, Rafa Silva Braziliya futbolu tarixində ən sürətli qırmızı vərəqə alıb. O, 2009-cu ildə 7 saniyədən sonra meydandan qovulan “Kruzeyro”nun keçmiş futbolçusu Ze Karlosun rekordunu qırıb.
Revendo esse lance do Rafa Silva percebe-se que ele tenta acertar o primeiro jogador do Athletico e não consegue, logo em seguida ele acerta o Kaique Rocha e é expulso.
Sinceramente não dá pra entender porque ele fez isso, com apenas 03 segundo de jogo.pic.twitter.com/7Gggv8vN6Q
— LIBERTA DEPRE (@liberta___depre) October 27, 2024
