Digər

Monson məsciddə müsəlman qaydalarına uyğun evləndi – FOTO

Qarışıq döyüş növləri üzrə döyüşçü Cef Monson Ufa şəhərinin baş məscidində müsəlman ayinlərinə uyğun olaraq evlənib (kəbin kəsdirib).

Aut.az xəbər verir ki, bu barədə idmançının həyat yoldaşı Yekaterina məlumat verib.

“Oktyabrın 7-də Ufadakı məscidlərdən birində müsəlman adətləri ilə toy etdik. Cef və mən şəxsi həyatımızı ictimailəşdirmədiyimiz üçün toy mərasimi olduqca təvazökar keçdi. 2025-ci ildə, çox güman ki, yazda çoxsaylı qonaqlarla möhtəşəm toy keçirməyi planlaşdırırıq”, – RİA Novosti Yekaterinadan sitat gətirib.

2018-ci ildə Monson Rusiya vətəndaşlığını qəbul edib. Bundan az sonra o, Yevgeniya adlı bir qızla evləndi və onların bir qızı oldu.

2023-cü ilin sentyabrında Monson Vahid Rusiya partiyasından Başqırdıstan Dövlət Məclisinə seçilib. Ötən yay o, İslamı qəbul edib.

Monson məsciddə müsəlman qaydalarına uyğun evləndi – FOTO Monson məsciddə müsəlman qaydalarına uyğun evləndi – FOTO Monson məsciddə müsəlman qaydalarına uyğun evləndi – FOTO

Aut.az